• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Amerika mərmilərindən istifadə edir - Vaşinqton TƏSDİQLƏDİ

Ukrayna Amerika mərmilərindən istifadə edir  - Vaşinqton TƏSDİQLƏDİ
21.07.2023 08:39
Ukrayna təxminən son 7 gündür ki, ABŞ-ın göndərdiyi  kaset bombalarından Rusiya ilə müharibədə istifadə edir. Bunu cümə axşamı jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Bu barədə Reuters məlumat verir.

O, Ukrayna Silahlı Qüvvələrinin artıq Vaşinqtonun göndərdiyi kassetli bombalardan istifadə etməyə başlayıbmı sualına müsbət cavab verib.
 
"Biz onları mümkün qədər tez ora çatdırdıq. Ancaq onları cəbhə xəttində hərbçilərə necə və dəqiq nə vaxt təhvil verdiklərini  əlbəttə bilə bilmərik. Bu sualı yaxşı olar ki özlərinə verəsiz",  - Kirbi deyib. 
 
O, ixracın 7 gün əvvəl həyata keçirildiyini də əlavə edib. 

"Mən deyərdim ki, bu, təxminən bir həftə əvvəl baş verib. Düzünü desəm, tarixi dəqiq  bilmirəm”, - Kirbi bildirib.

Kirbinin sözlərinə görə, ukraynalılar sursatlardan "düzgün və səmərəli" istifadə edirlər və bu, artıq döyüş meydanında müəyyən təsir göstərir. 

Ukraynanın ABŞ-dan aldığı kassetli bombalardan istifadə xəbərini  "The Washington Post” Ukrayna rəsmilərinə istinadən yazmışdı. 

Onlar bildiriblər ki, kaset sursatları Ukraynanın cənub-şərqində Rusiya qüvvələrinə qarşı "Ukraynanın yay hücumunu ləngidən güclü möhkəmləndirilmiş Rusiya mövqelərini məhv etmək üçün” istifadə olunur.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol