• $
  • €
  • ₽
  • ₺
  • £

SpaceX pis hava şəraiti səbəbindən Starlinkin buraxılışını təxirə salıb

SpaceX pis hava şəraiti səbəbindən Starlinkin buraxılışını təxirə salıb
23.07.2023 16:39
Bu gün "Falcon 9” daşıyıcı raketi "Starlink” qlobal internet şəbəkəsi sistemi üçün nəzərdə tutulan 42 ədəd mini peykinin buraxılışı pis hava şəraiti səbəbindən təxirə salınıb.

"SpaceX” kompaniyası xəbər verir ki, "Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 19:09-da (Bakı vaxtı ilə 03:09 bazar ertəsi) NASA-nın Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan buraxılacaq.

Bu, "Starlink” layihəsi çərçivəsində 2019-cu ilin mayından başlayaraq, orbitə artıq 96-ci buraxılışı olacaq. Hazırda "SpaceX”-in orbital qruplaşmasına daxil olan kosmik aparatların sayı 4,8 mindən çoxdur.
Daşıyıcı raketin ilk pilləsi ənənəvi olaraq Atlantik okeanında üzən platformaya enib. Daşıyıcı raketin pillələrinin yenidən istifadəsi sahibkar İlon Maskın kompaniyasına peyklərin orbitə göndərilməsi xərclərini azaltmağa imkan verir.

"SpaceX” kompaniyası planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün hər birinin çəkisi 500 kiloqramadək olan 12 min kosmik aparatı orbitə çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır. Kosmosa ilk mikropeyklər 2019-cu ilin mayında çıxarılmışdı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol