• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail vətəndaşlarının bir hissəsi qanuna etiraz olaraq ölkəni tərk etmək istəyir

İsrail vətəndaşlarının bir hissəsi qanuna etiraz olaraq ölkəni tərk etmək istəyir
26.07.2023 15:38
İsrail vətəndaşlarının təxminən 28%-i məhkəmə islahatlarının qəbulu ilə əlaqədar xaricə getməyi düşünür. 64%-i ölkəni tərk etmək fikrində deyil, daha 8%-i suala cavab verə bilməyib. 54% islahatın İsrailin təhlükəsizliyinə mənfi təsir edəcəyindən, 56% isə mümkün vətəndaş müharibəsi ilə bağlı qorxusunu bildirib. Bu barədə ölkənin kanal 13-nə dair açıqlanan sorğuda qeyd olunub. 

Respondentlərdən bu gün seçki keçirilsə, kimə səs verəcəkləri də soruşulub. Sorğunun nəticələrinə görə, parlamentdəki 120 yerdən 30-nu Benni Qantsın rəhbərlik etdiyi Ha-mahane ha-mamlahti alyansı, Likud isə cəmi 25 yer qazanacaqdı. Müxalifət lideri Yair Lapidin Yeş Atid partiyası parlamentdə 17 yer tutacaqdı. Qalan partiyalar və koalisiyalar on və ya daha az mandat alacaqdılar. Beləliklə, indiki müxalifət çoxluq təşkil edəcək.

Sorğuda 711 nəfər iştirak edib.

İsraildə məhkəmə islahatları

İsrail Knesseti iyulun 24-də mübahisəli məhkəmə islahatına düzəlişi qəbul etmək üçün səs verib. Dəyişikliyə 64 deputat səs verib. Eyni zamanda müxalifət deputatları etiraz əlaməti olaraq yekun səsverməni boykot ediblər. Qəbul edilən qanunda hökumətin və nazirlərin qərarlarının əsaslılığını yoxlamaq üçün məhkəmələrə qadağa qoyulması nəzərdə tutulur.

Etiraz hərəkatının təşkilatçıları sona qədər mübarizə aparacaqlarını və "görünməmiş demokratik hərəkat” qaldırdıqları üçün etiraza çıxanlara təşəkkürlərini bildirirlər.
 
Gülnar 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol