• $
  • €
  • ₽
  • ₺
  • £

İyul tarixdə qeydə alınmış ən isti ay olacaq - BMT

İyul tarixdə qeydə alınmış ən isti ay olacaq - BMT
27.07.2023 19:19
İyul tarixdə qeydə alınmış ən isti ay olacaq.

AFP xəbər verir ki, bu barədə BMT-nin Dünya Meteorologiya Təşkilatı və Avropanın Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) bildirib.

Yayımlanan hesabatda təsdiqlənib ki, iyulun ilk üç həftəsi indiyə qədər qeydə alınmış ən isti üç həftəlik dövr olub və iyul ayı indiyə qədər qeydə alınmış ən isti ay olmaq yolundadır.

Ayın ilk üç həftəsi Şimali Amerika, Asiya və Avropanın böyük hissələrində isti dalğaları ilə yadda qalıb və bu, Kanada və Yunanıstan da daxil olmaqla müxtəlif ölkələrdə meşə yanğınlarına səbəb olub, insanların sağlamlığına, ətraf mühitə və iqtisadiyyata böyük təsir göstərib.

BMT-nin baş katibi Antonio Quterreş hesabata münasibət bildirib: "İqlim dəyişikliyi buradadır. Bu, dəhşətlidir. Bu, hələ başlanğıcdır".
Quterreş deyib ki, bugünkü hesabat üçün ayın sonunu gözləməyə ehtiyac yoxdur.

"2023-cü ilin iyulu bütün dünya rekordlarını qıracaq. Qlobal qaynama dövrü gəldi", - deyə BMT Baş katibi bildirib.

C3S-in direktoru Karlo Buontempo deyib ki, 1940-cı illərə aid statistika ilə müqayisədə indi temperatur əhəmiyyətli dərəcədə artıb. "Rekordlar qıran temperaturlar qlobal temperaturun kəskin artması tendensiyasının bir hissəsidir. Antropogen emissiyalar son nəticədə bu yüksələn temperaturun əsas hərəkətvericisidir", - o deyib.

Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Prof. Petteri Taalas isə bunun sərt reallıq olduğunu deyib: "İyul ayında milyonlarla insana təsir edən ekstremal hava, təəssüf ki, iqlim dəyişikliyinin sərt reallığı və gələcəyin proqnozudur. İstixana qazlarının emissiyalarının azaldılması zərurəti daha aktualdır".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol