• $
  • €
  • ₽
  • ₺
  • £

Meksikada istilər 250-yə yaxın insanın ölməsinə səbəb olub

Meksikada  istilər 250-yə yaxın insanın ölməsinə səbəb olub
28.07.2023 14:05
Son dörd ayda Meksikada həddindən artıq istilər nəticəsində ölənlərin sayı 249-a çatıb. Bu barədə CNN Meksikanın Səhiyyə Nazirliyinə istinadən məlumat verib. 

Martın 19-dan iyulun 22-dək Nuevo-Leonda 100, Tamaulipasda 28, Verakruzda 26 və Sonorada 26 ölüm halı qeydə alınıb. Qalan ölümlər daha 12 ştatda qeydə alınıb. Hökümət həmçinin 3169 "ekstremal təbii temperaturla bağlı hallar" haqqında məlumat verib.

Ölkə ABŞ-ın cənub ştatları ilə birlikdə ekdtremal istilərə dözür.

Keçən ayın sonunda bəzi Meksika ştatları müəyyən yerlərdə bütün zamanların ən yüksək istilik həddinə çatdı.

Oxşar isti hava bu həftə də  davam edib.  Ən azı iki ştatda temperatur 45 dərəcədən yuxarı olub. Digər beş ştatda temperatur 40 ilə 45 dərəcə arasında dəyişəcək.

Katibliyin verdiyi məlumata görə, ölümlərin çoxu 2023-cü il üçün gözlənilən dörd dalğanın "üçüncü istilik dalğası”nda qeydə alınıb. Hökumətin məlumatına görə, ölüm hallarının 92,4%-i "gün vurma”, qalanları isə susuzluq nəticəsində baş verir.

Hökümət yüksək temperaturun öhdəsindən gəlmək və uzun müddət günəşə məruz qalmamaq üçün, xüsusən səhər saat 11:00-dan 15:00-a qədər "tez-tez" ən azı iki litr şüşə, qaynadılmış və ya dezinfeksiya edilmiş su içməyi tövsiyə edir.

Səhiyyə Nazirliyi  həmçinin uyğun geyim, günəş kremi və papaq  istifadə etməyi tövsiyə edirlər.

Rabia Hale Seferoğlu

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol