• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya son 7 ilin ən böyük qaçqın böhranı ilə üzləşib

Almaniya son 7 ilin ən böyük qaçqın böhranı ilə üzləşib
29.07.2023 10:45
Almaniya 2016-cı ildən bəri ən böyük qaçqın böhranı ilə üzləşib.

Bu barədə "Report”un Avropa bürosunun sorğusunu Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) Mətbuat Xidməti cavablandırıb. BAMF-dan bildirilib ki, bu ilin ilk ayı ərzində federal idarəyə sığınacaq üçün 162 271 nəfər müraciət edib.
Onlardan 150 166 nəfəri ilk dəfə sığınacaq üçün müraciət edənlərdir. Bu, keçən ilin eyni rübü ilə müqayisədə 77.5% çoxdur.

Bu ilin ilk altı ayında Almaniyaya illeqal yollarla keçmək istəyən 45 338 nəfər polis tərəfindən saxlanıb. 2022-ci ilin eyni rübündə bu rəqəm 29 174 olub.

Qaçqın axını öz növbəsində kirayə ev bazarına da təsir edib. Şəhər bələdiyyələri hökumətə təklif ediblər ki, idman zalları və asudə vaxt mərkəzləri qaçqın yataqxanasına çevrilsin.

Yeni tədris ilinin başlaması ilə məktəb və uşaq bağçalarında da qaçqınların yerləşdirilməsi prosesində problem yarana bilər. Almaniya Federal Təhsil Nazirliyindən bildirilib ki, hazırda əyalət təhsil nazirlikləri siniflərdəki şagird sıxlığını minimuma endirməyin yollarını axtarır.

Qaçqınların inteqrasiyası ilə məşğul olan kurslar isə, qəbulları dayandırıblar. "Volkshochschule”dən (VHS) "Report”un Avropa bürosuna bildirilib ki, onların federal əyalətlərdəki kurslarında yerlər dolduğundan yeni gələnləri gözləmə siyahısına almaq məcburiyyətində qalıblar. VHS-dən bildirilib ki, təkcə bu ilin ilk rübündə 190 min qaçqın inteqrasiya kursunu tamamlayıb.
Azad Demokrat Partiyasının Bundestaqdakı təmsilçiləri isə təklif ediblər ki, Almaniyaya qaçqın kimi gələn və uzun müddətdir işləmədən ölkədə yaşayanlar məcburi işlərə cəlb olunsunlar. Onlar bu yolla Almaniyanın məruz qaldığı qaçqın böhranından çıxmağın mümkün olduğunu vurğulayıblar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol