Türkiyədə sərnişin avtobusu dərəyə aşdı: Ölənlər və yaralananlar var

Türkiyənin Qars şəhərində sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər ölüb, daha 22 sərnişin yaralanıb.
Bu barədə yerli media məlumat yayıb.
Hadisə yerinə təcili yardım, xilasedicilər, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları və polis cəlb edilib.
Yaralılar xəstəxanalara çatdırılıb.
www.anews.az
























