ABŞ Moldovaya 3 milyon dollar dəyərində silah partiyası verib
04.08.2023 19:27
Moldova ordusu ABŞ-dan 3 milyon dollar dəyərində daha bir silah partiyası alıb.
Bu barədə Moldovanın müdafiə naziri Anatoli Nosatı bildirib.
Onun sözlərinə görə, yardıma 600 metrə qədər atəş məsafəsi olan snayper tüfəngləri, NATO çaplı avtomatlar, həmçinin minalardan təmizləmə aparatları daxildir.