Ukraynada genişmiqyaslı hava həyəcanı elan edilib

Ukraynada genişmiqyaslı hava həyəcanı çağırışı elan edilib.
"RBC-Ukrayna” xəbər verir ki, buna Rusiyaya məxsus MiQ-31K qırıcı təyyarəsinin uçuşu səbəb olub.
Məlumatda Rusiyanın MiQ-31K qırıcı təyyarəsinin Savasleyka aerodromundan havaya qalxdığı bildirilib.
Buna görə də raket təhlükəsi ehtimal edildiyindən vətəndaşlardan hava həyəcanı çağırışını ciddiyə almaları xahiş olunub.
www.anews.az
























