Polşa Belarusla sərhədi bağlaya bilər

Polşa hökuməti Belarusda "Vagner” hərbi təşkilatının muzdlularının olması səbəbindən bu ölkə ilə sərhədini tamamilə bağlanmasını nəzərdən keçirir.
Bu barədə CNN-ə müsahibəsində Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski deyib.
"Biz ərazimizi, vətəndaşlarımızı qorumaq üçün lazım olacaq istənilən addımları, o cümlədən Belarusun tam təcrid olunmasını, sərhədin tamamilə bağlanmasını nəzərdən keçiririk", - xarici işlər nazirinin müavini bildirib.
Nazir müavini qeyd edib ki, sərhədin bağlanması Polşanın atmaq istəmədəyi ifrat tədbir olacaq: "Hücumlar və sabitliyi pozmaq cəhdləri davam edərsə, Varşavanın başqa yolu qalmayacaq. Yablonskinin sözlərinə görə, Belarusdan gələn təhlükə realdır, çünki "Vaqner"çilər artıq Polşa ərazisinə soxulmağa cəhd ediblər.
www.anews.az
























