Türkiyədə limanda güclü partlayış - Yaralılar var

Türkiyənin Kocaeli vilayətində Derince limanında güclü partlayış baş verib. Bu barədə "NTV” məlumat verib.
Hadisə Derince rayonunda torpaq məhsulları ofisinin (TMO) siloslarının yerləşdiyi limanda baş verib.
Əraziyə xeyli sayda xilasetmə və yanğınsöndürən qruplar göndərilib. Partlayış nəticəsində 5 nəfərin yaralandığı bildirilir.
Partlayışın hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.
www.anews.az
























