Çin fəlakət risklərini azaltmaq üçün kosmosa yeni peyk buraxır

Çin kosmosa yeni Yer müşahidə peyki göndərdiyini açıqlayıb.
Bu peyklə fəlakət risklərinin azaldılması hədəflənir.
Sinxua agentliyinin məlumatına görə, peyk Şaanşi əyalətindəki Tayyuen Peyk Mərkəzindən "Long March-2C” raketi ilə buraxılıb.
S-bandlı sintetik diyaframlı radar avadanlığına malik olan peyk 2022-ci ilin oktyabrında orbitə buraxılan eyni tipli başqa bir peyklə birlikdə fəlakətin qarşısının alınması və ətraf mühitin monitorinqi fəaliyyətləri üçün istifadə ediləcək.
www.anews.az
























