• $
  • €
  • ₽
  • ₺
  • £

"Denq qızdırması"ndan ölənlərin sayı 350 nəfəri keçib

"Denq qızdırması"ndan ölənlərin sayı 350 nəfəri keçib
10.08.2023 10:25
Banqladeşdə "denq qızdırması"ndan ölənlərin sayı 350 nəfəri keçib. Bu barədə xarici KİV-də məlumat yayılıb.
 
Banqladeş səhiyyə nazirliyinin məlumatına görə, son 24 saatda xəstəxanaya yerləşdirilənlərin sayı rekord həddə çatıb.

Son 24 saatda 2884 nəfərin xəstəxanaya yerləşdirildiyi, 2023-cü ilin ən yüksək səviyyəsi olduğu bildirilib.

Açıqlamada təkcə paytaxt Dəkkədə denq qızdırmasından ölənlərin sayının 276-ya çatdığı, bu il ölkə daxilində təxminən 75 min insanın xəstəxanalara yerləşdirildiyi bildirilib. 

Alimlər xəbərdarlıq edir ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və denq qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.
 
2022-ci ildə Banqladeşdə "Denq” qızdırmasından 281 nəfər ölüb. Ümumilikdə ölkədə 62 423 nəfər bu virusa yoluxub.

Tropik və subtropik iqlimi olan ölkələrdə "Denq” qızdırması daha çox yayılır. Virusun daşıyıcıları dişi ağcaqanadlar hesab olunur.
 
Hər il təxminən 290 milyon insan denqi xəstəliyinə yoluxur. Denqinin endemic olduğu ərazilərdə yaşayanlar, eləcə də həmin ərazilərə səyahət edənlər risk qrupuna daxildirlər.
 
Həşərat əleyhinə vasitələrdən – pikardin, DEET, evkalipt limon yağı – istifadə etmək lazımdır. Adları çəkilən vasitələr ağcaqanadlardan uzunmüddətli mühafizəni təmin edir.

Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol