Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 26 nəfərə çatıb
15.08.2023 19:35
Gürcüstanda torpaq sürüşməsinin olduğu Oni bələdiyyəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Bu barədə Gürcüstan DİN məlumat yayıb.
Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş təbii fəlakətlə əlaqədar avqustun 7-də Gürcüstanda matəm günü elan edilib. www.anews.az