• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə hava limanları nə qədər sərnişinə xidmət göstərib?

Türkiyə hava limanları nə qədər sərnişinə xidmət göstərib?
17.08.2023 22:19
Bu ilin yanvar-iyulunda Türkiyə hava limanlarının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə yüzdə 22 artaraq 102 milyon 500 min 625 nəfərə çatıb. Bu barədə "Anadolu” Türkiyə Dövlət Hava Limanları Baş İdarəsinə (DHMİ) istinadən məlumat verir.

Cari ilin 7 ayı ərzində Türkiyənin turizm mərkəzlərinə daşımaları həyata keçirən hava limanlarında sərnişin axınının artımı müşahidə olunub.

Belə ki, bu ilin yanvar-iyulunda İstanbul Hava Limanı 43,3 milyon, Antalya Hava Limanı 18,3 milyon və İzmirin Adnan Menderes Hava Limanı 5,8 milyondan çox sərnişinə xidmət göstərib.

Bundan başqa, Türkiyənin Adana limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 18,88 faiz artaraq 2 milyon 632 min 761 nəfərə, Qaziantepə isə 10,2 faiz artaraq 1 milyon 427 min 559 nəfərə çatıb.

Bundan başqa, Trabzon Hava Limanında 1 milyon 955 min 951, Kayseridə 1 milyon 298 min 176, Diyarbəkirdə 1 milyon 161 min 998, Şanlıurfa GAP-da 540 min 998 və Gazipaşa Beynəlxalq Hava Limanında 466 min 238 sərnişin qeydə alınıb.
 
Gülnar

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol