• $
  • €
  • ₽
  • ₺
  • £

Pilotsuz uçan aparat Moskvanın mərkəzində binaya atəş açıb

Pilotsuz uçan aparat Moskvanın mərkəzində binaya atəş açıb
18.08.2023 16:10
Rusiya rəsmiləri Ukraynanı Moskvada bir binaya pilotsuz uçan aparatla hücum etməkdə günahlandırıb, nəticədə şəhərin biznes rayonunda partlayış səsi eşidilib.

Mer Sergey Sobyanin hava hücumundan müdafiə sistemlərinin dağıntılarının şəhərin Ekspo mərkəzinə  düşdüyü pilotsuz təyyarəni vurduğunu bildirib.

Bu, Rusiya paytaxtına növbəti belə hücumlardandır.

Sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş kadrlarda Moskva üzərində gecə səmasına qatı boz tüstü qalxdığı görünür.

Ukraynadan dərhal şərh verilməyib, lakin Kiyev rəsmiləri Moskvadakı hədəflərə edilən hücumları heç vaxt rəsmən etiraf etməyiblər.

Rusiya Müdafiə Nazirliyi Telegram-da xəbər verir ki, hücum yerli vaxtla saat 04:00 radələrində (Moskva vaxtı ilə 01:00) baş verib.

Bildirilib ki, şəhərin hava hücumundan müdafiə sistemlərinin işlədilməsindən sonra pilotsuz təyyarə Moskva vilayətində, bir sıra hökumət binalarının yerləşdiyi Krasnopresnenskaya sahilində, yaşayış olmayan binanın üzərinə düşüb, "uçuş yolunu dəyişib”.

O əlavə edib ki, itkilər barədə ilkin məlumat yoxdur.

Expo mərkəz  Kremldən 5 km-dən (3,1 mil) az məsafədə yerləşir. Bura konfransların təşkili üçün istifadə edilən böyük sərgi sahəsidir.

Bölgədəki bir hadisənin şahidi olan vətəndaş  Reuters xəbər agentliyinə hücumun "böyük partlayışa" səbəb olduğunu deyib.

Rusiya Müdafiə Nazirliyi dağıntıların yanğına səbəb olmadığını, Sobyanin isə dronun binaya "əhəmiyyətli ziyan vurmadığını” bildirib.

Rusiyanın dövlət xəbər agentliklərindən biri TASS fövqəladə xidmətlərə istinadən mərkəzin xarici divarlarından birinin qismən uçduğunu bildirib. Təsirə məruz qalan ərazinin təxminən 30 kvadratmetr (323 kv fut) olduğu vurğulanr.

TASS xəbər verir ki, hadisədən sonra Moskvanın Vnukovo hava limanı da bağlanıb, lakin qısa müddət sonra yenidən açılıb.

Bu ilin əvvəlinə qədər Ukraynadakı müharibə Moskvaya təsir etməsə də, son aylarda o, pilotsuz təyyarələrin zərbələrinin hədəfinə çevrilib.

Mayın 30-da  dalğasında bir neçə binaya ziyan dəydiyi bildirilir.

İyulun 30 və 31-də iki ayrı dron Expo Mərkəzdən cəmi bir neçə yüz metr aralıda göydələnin şüşə fasadına çırpılıb.

Ukrayna prezidenti Vladimir Zelenski daha sonra deyib ki, müharibə "Rusiya ərazisinə qayıdır” və bu "qaçılmaz, təbii və tamamilə ədalətli prosesdir”.

Moskvaya edilən son zərbədən bir neçə saat əvvəl, Qara dənizdə Rusiya donanmasına hücum cəhdi zamanı Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçan aparat məhv edilib, Rusiya Müdafiə Nazirliyi bildirib.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol