• $
  • €
  • ₽
  • ₺
  • £

"Forbes" planetin yeni ən varlı qadınının adını açıqladı

"Forbes" planetin yeni ən varlı qadınının adını açıqladı
07.03.2014 21:55

"Forbes" jurnalının versiyasına görə, varidatının əsas hissəsi qayınatası Sem Uolton tərəfindən əsası qoyulmuş "Uol-Mart" şəbəkəsinin payına düşən Kristi Uolton 36,7 milyard dollar sərvətlə son beş il ərzində dördüncü dəfə dünyada ən zəngin qadın olub. Trend-in məlumatına görə, bu barədə nəşrin reytinqinə istinadən "Praym" agentliyi bildirir.

Uolton reytinqdə "L'Oreal" şirkətinin varisi, sərvəti 34,5 milyard dollar həcmində qiymətləndirilən Lilian Betankuru qabaqlayıb. Beləliklə, var-dövləti bu il Fransanın kosmetika nəhənginin (2013-cü il ərzində doqquz faiz) səhmlərinin qiymətinin qalxması nəticəsində artmasına baxmayaraq, Betankur planetin ən zəngin qadını mövqeyini itirib.

Üçüncü yerdə 34,3 milyard dollarla "Uol-Mart"ın banisinin qızı Elis Uolton qərarlaşıb.

Mars ailəsinin üçüncü nəslinin nümayəndəsi və ən böyük şirniyyat şirkətinin top-meneceri Jaklin Mars 20 milyard dollar varidatla dördüncü yeri tutub.

Avstraliyanın "Hancock Prospecting" dağ-mədən şirkətinə başçılıq edən Conina Raynhart 17,7 milyard dollarla beşinci yerdədir.

Altıncı yer BMW avtomobil konsernində qardaşı və anası ilə birlikdə 50 faiz paya malik olan Süzanna Klattenə məxsusdur.

2014-cü ildə Forbes versiyasına görə, milyarderlərin dünya reytinqinə 172 qadın daxil olub. Halbuki keçən il onların sayı 138 idi. Ancaq qadınlar milyarderlərin siyahısında azlıqda qalırlar və "Forbes"in 1645 insanın daxil olduğu qlobal reytinqində on faizdən bir qədər çoxdurlar.

Trend

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol