• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya qüvvələri məktəbi bombalayıb- Ölənlər var – Foto

Rusiya qüvvələri məktəbi bombalayıb- Ölənlər var – Foto
23.08.2023 15:58
Rusiya ordusu Ukraynanın Romni şəhərindəki məktəbi dronlarla vurub. Bu barədə UNIAN məlumat yayıb.
 
Bildirilir ki, təhsil müəssisəsinin binası tamamilə dağılıb.

Fövqəladə Hallar Xidmətindən bildirilib ki, azı 4 müəllim qətlə yetirilib.

"Onların cəsədləri Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb. Daha 3 nəfər xəsarət alıb. Müəssisənin daha 2 əməkdaşının dağıntılar altında olduğu barədə məlumat var. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir”, - xilasedicilər bildiriblər.

Daxili işlər naziri İqor Klimenko isə daha sonra bildirib ki, hücumunəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Hərbi Hava Qüvvələri ümumilikdə Rusiyaya məxsus 20-yə qədər zərbə vuran dronun məhv edildiyini bildirib.
 
Müharibə başlayandan bu günə kimi Rusiyanın ümumi itkilərinin sayı 258 820 nəfərə çatıb.
 
Son sutkada Rusiyaya məxsus 11 tank, 12 zirehli döyüş maşını, 23 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
 
Amerika Tədqiqi İnstitutunun analitikləri bildirirlər k, Ukrayna hərbçilərinin Zaporojye vilayətinin Rabotino kəndi ərazisində əks-hücum əməliyyatlarını davam etdirilir

Rusiya Ukrayna müharibəsi ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayıb.

Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol