Danimarkanın müvəqqəti işlər vəkili yenidən Türkiyə XİN-ə çağırılıb

Danimarkanın Ankaradakı müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona Quranın təhqir edilməsi üzrə davam edən aksiyalara görə etiraz edilib.
Bu barədə TASS xəbər verir.
"Quranın yandırılması aksiyalarının davam etməsi ilə əlaqədar Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili altıncı dəfə Xarici İşlər Nazirliyinə çağırılıb və bu çirkin hərəkətlər pislənilib”, - mənbə bildirib.
www.anews.az
























