• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda sudan istifadəyə məhdudiyyətlər qoyulub

İstanbulda sudan istifadəyə məhdudiyyətlər qoyulub
30.08.2023 22:01
İstanbulun (Türkiyə) yerli hökumət orqanları metropolda su ehtiyatları ilə bağlı kritik vəziyyətlə əlaqədar 15 min müştəriyə bağ və qazonların suvarılması üçün suyun verilməsini müvəqqəti dayandırıb.

Bununla bağlı İstanbul Su və Kanalizasiya İdarəsi tərəfindən abonentlərə müvafiq bildiriş göndərilib.

Rəsmilər qeyd ediblər ki, hazırda su anbarlarının doldurulması ilə bağlı vəziyyət kifayət qədər kritikdir və vətəndaşların içməli, həmçinin texniki su ilə təminatında fasilələrlə bağlı risklər yaranarsa, səlahiyyətlilərin bəzi istehlakçılar üçün suyun verilməsini məhdudlaşdırmaq hüququ var.

Məlumata görə, İstanbulda orta gündəlik su istehlakı 3,5 milyon kubmetrə çatıb. İdarənin 7 milyon müştərisindən 15,6 min abonenti sudan qapalı bağların və qazonların suvarılması üçün istifadə edir.

Səlahiyyətlilər vəziyyəti kritik adlandırırlar.
Xatırladaq ki, bir müddət əvvəl İstanbul meri Əkrəm İmamoğlu sakinləri quraqlıq təhlükəsi ilə bağlı su ehtiyatlarına qənaət etməyə çağırmışdı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol