Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 820-yə çatıb - YENİLƏNİB

Mərakeşdə zəlzələdə ölənlərin sayı 820-yə çatıb.
Xarici KİV xəbər verir ki, zəlzələ nəticəsində 672 nəfər yaralanıb.
Sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 6.9 maqnitudalı zəlzələ baş verib.
Zəlzələnin episentri Mərakeş şəhərindən 77 kilometr məsafədə, 10 kilometr dərinlikdə olub.
Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 kilometr radiusda hiss olunub.
Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.
Dağıntılar altında qalanlar var. Ölü sayının artacağı ehtimal edilir.
Axtarış-xilasetmə işləri davam etdirilir.
09:09
Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 290 nəfəri ötüb, 153 şəxs yaralanıb.
Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Mənbənin sözlərinə görə, həlak olan 296 nəfərin 73-ü Mərakeş yaxınlığındakı Əl-Həuz əyalətində yaşayırmış. Zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.
Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.
05:30
Mərakeşdə baş verən zəlzələ zamanı ölənərin sayı 93 nəfər çatıb.
Bu barədə "Al Arabiya” telekanalı məlumat yayıb.
Təkcə Əl-Həuz bölgəsində (Mərakeş şəhərinin yerləşdiyi əyalət - Qeyd) 73 nəfər dağıntılar latında qalaraq dünyasını dəyişib.
Yeraltı təkan nəticəsində Mərakeş şəhərində bəzi binalar çöküb.
Səlahiyyətlilər ölənlərin sayını hələ təsdiqləməyib.
Almaniya Seysmoloji Mərkəzi zəlzələnin şiddətinin 7 bal olduğunu açıqlayıb.
05:19
Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərakeş şəhərindən 72 kilometr qərbdə baş verən zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanların təsirindən bəzi binalar dağılıb, beş nəfər ölüb.
www.anews.az
























