• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə koronovirusun yeni növü aşkarlanıb- 9 nəfər yoluxub

Türkiyədə koronovirusun yeni növü aşkarlanıb- 9 nəfər yoluxub
15.09.2023 14:40
Türkiyədə Covid-19-un yeni variantı olan "Eris" variantına 9  nəfər yoluxub.Bu barədə Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca sosial media hesabında paylaşım edib.
 
Nazir bildirib ki, bununla bağlı tədbirlər görüləcək və həyatlarına normal şəkildə davam ediləcək.

"Bu, narahatlığa səbəb sayılmayan bir inkişafdır. Bizim Referans Laboratoriyamızda aparılan müayinədə 9 nəfərdə aşağı virulentliyə malik olduğunu bildiyimiz Eris variantı aşkar edilib. Onların beynəlxalq əlaqələri var və eyni əyalətdədirlər. Mövcud tədbirlərə və gündəlik həyatımıza davam edəcəyik. Bu vəziyyət başqa ölkələrdə adi haldır və bizdə də ola bilərdi. Biz yaşlılarımızı və xroniki xəstələrimizi qoruyacağıq”, - Nazir əlavə edib.

ÜST-ün məlumatına görə, bu ştamma əvvəlcə  Çindən, ardınca ABŞ, Cənubi Koreya, Yaponiya və Kanadada rast gəlinib.
 
EG.5, bu yaxınlarda ABŞ-da üstünlük təşkil edən Covid ştamına çevrildi və CDC yeni halların 20%-dən çoxunu təşkil etdiyini təxmin edir.
 
Dünyada koronavirusun "Eris” (EG.5) variantına son 28 gündə dünya üzrə 1,5 milyon insan yoluxub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
 
Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev deyib.

O bildirib ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb.

"COVID-19-un yeni ştammı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir. Vətəndaşlarımıza bildirmək istərdik ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir", - həkim APA-ya bildirib.

 
Rabia Hale Seferoğlu
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol