• $
  • €
  • ₽
  • ₺
  • £

Mərakeşdə zəlzələdən ölənlərin sayı 3 minə yaxınlaşır

Mərakeşdə zəlzələdən ölənlərin sayı 3 minə yaxınlaşır
27.09.2023 21:27
Mərakeşdə zəlzələdən ölənlərin sayı 2 960-a yüksəlib.

"TRT Haber" xəbər verir ki, bu barədə ölkə hökumətinin sözçüsü Mustafa Baytas Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

Ərazidə işlərin davam etdiyi bir vaxtda dağılmış evlərin sayılması prosesinin müxtəlif payçılar arasında koordinasiya əsasında aparıldığını qeyd edən mətbuat katibi hökumətin zərər çəkmiş evlərin hesablanmasını gələn ayın sonuna qədər başa çatdıracağına ümid etdiyini deyib.

Sözçüsünün dediyinə görə, hesablama prosesi başa çatdıqdan sonra bu sentyabrdan başlayaraq bir il ərzində zəlzələdən zərər çəkmiş hər ailəyə aylıq 2 500 dirhəm (250 ABŞ dolları) məbləğində ödəniş ediləcək.

Daha öncə krallığın Daxili İşlər Nazirliyi təbii fəlakətdən 2 946 nəfərin öldüyünü açıqlamışdı.

Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ sentyabrın 7-də yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol