Türkiyə sərhədini qanunsuz keçmək istəyən FETÖ-çülər saxlanılıb
30.09.2023 15:16
Türkiyə sərhədçiləri 2-si FETÖ-çü olmaqla sərhədi qanunsuz keçmək istəyən 8 nəfəri saxlayıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlar qanunsuz yolla Yunanıstana keçməyə cəhd göstəriblər. Araşdırma zamanı onlardan 2-sinin FETÖ terror təşkilatına mənsub olduğu üzə çıxıb.