• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Azərbaycan və Ermənistanı sülh danışıqlarına qayıtmağa çağırır - Dövlət Departamenti

ABŞ Azərbaycan və Ermənistanı sülh danışıqlarına qayıtmağa çağırır - Dövlət Departamenti
02.10.2023 22:32
ABŞ Azərbaycan və Ermənistanı qalan məsələləri müzakirə etmək və yekunda qərara gəlmək üçün sülh danışıqlarına qayıtmağa çağırır.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

Qarabağdakı vəziyyətdən danışan Metyu Miller qeyd edib ki, ABŞ BMT missiyasının regiona səfərini alqışlayır.

O qeyd edib ki, Azərbaycan Qarabağın erməni sakinlərinin hüquqlarının qorunacağına zəmanət verir.

BMT missiyası oktyabrın 1-də Qarabağa səfər edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

BMT missiyası bu gün yaydığı bəyanatda ermənilərin Qarabağda qondarma "etnik təmizləmə” iddialarını təkzib edib.

"BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərlik etdiyi BMT missiyası oktyabrın 1-i Azərbaycanın Qarabağ bölgəsinə səfər edib. Ağdamdan yola düşən missiya Xankəndi şəhərində olub, burada yerli əhali ilə görüşüb, səhiyyə və təhsil sahələrindəki vəziyyətlə tanış olub. Səfər edilən ərazilərdə missiya mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalar, məktəblər və yaşayış binalarına, habelə mədəni və dini obyektlərə heç bir ziyan vurulmadığını aşkar edib. Missiya Azərbaycan Respublikası hökumətinin şəhərdə tibbi xidmətlərin və bəzi ictimai xidmətlərin bərpasına hazırlaşır", - deyə bəyanatda qeyd olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol