• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın Ayakve" qrupu Qarabağı tanımamaqla bağlı parlamentə təklif göndərib

Ermənistanın Ayakve" qrupu Qarabağı tanımamaqla bağlı parlamentə təklif göndərib
11.10.2023 13:27
Ermənistanın "Ayakve" təşəbbüs qrupu 58 min vətəndaşın imzası ilə Qarabağı Azərbaycan ərazisi kimi tanımaması ilə bağlı məsələni ölkə parlamentinə göndərib. Bu barədə Tacc agentliyi məlumat yayıb.  
 
Bildirilib ki, təşəbbüsün rəhbəri ictimai xadim Avetik Çalabyan bildirib. 
 
İmzalar parlamentə təqdim edilməzdən əvvəl Mərkəzi Seçki Komissiyasına göndərilib və orada onların həqiqiliyi təsdiqlənib. Bu prosedurdan sonra məsələ qanunla parlamentin gündəliyinə salınacaq. Əgər bu qanun layihəsi parlamentarilərin əksəriyyəti tərəfindən rədd edilərsə, o zaman konstitusiyaya görə, təşəbbüs qrupu referendum keçirmək üçün 300 min imza toplaya bilər. 
 
Ermənistanın baş naziri Nikol Paşinyanın "Mülki müqavilə” partiyası artıq bu qanun layihəsini qəbul etməyəcəyini bəyan edib.
 
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdğını dəfələrlə bəyan edib. 
 
Sentyabrın 19-də Azərbaycan Müdafiə Nazirliyi Qarabağda antiterror əməliyyatların başladığını elan edib. Sentyabrın 20-də Qarabağdakı separatçı rejim ağ bayraq qaldıraraq təslim olunduğunu açıqlayıb və tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub. 
 
Sentyabrın 28-də Qarabağın qondarma "başçısı"Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. 

Bundan əvvəl Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər.
 
Gülnar Nazimqızı 
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol