• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada bir milyondan çox uşaq uzaqdan təhsil almağa məcburdur - UNESCO

Ukraynada bir milyondan çox uşaq uzaqdan təhsil almağa məcburdur - UNESCO
12.10.2023 16:55
Ukraynada 1 milyondan çox uşaq uzaqdan təhsil almağa məcburdur. Bu barədə UNESCO-nun açıqladığı son məlumatda qeyd olunub. 
 
"Bir çox ukraynalı tələbə dərs ilinə başlaya bilməyib. Onların 25 faizi distant, 30 faizi isə hibrid formatda təhsil alır. Bu vəziyyət müharibə şəraitində hər kəsin keyfiyyətli təhsilə bərabər çıxışını təmin etmək üçün təkmilləşdirilmiş rəqəmsal həllər tələb edir”, -  Ukrayna Təhsil və Elm Nazirinin müavini Dmitri Zavqorodniy bildirib.

2022-ci ilin fevralından YUNESKO, uşaqların müharibə şəraitində təhsillərini davam etdirmələri üçün ukraynalı müəllimlərə davamlı olaraq dəstək verdiyini açıqlayıb.

"Keçən il YUNESKO və tərəfdaşlar 50 min müəllimi kompüterlə təmin ediblər. YUNESKO indi rəqəmsal bacarıqları daha da inkişaf etdirmək və onlara keyfiyyətli məsafədən və hibrid təhsili çatdırmaqda kömək etmək üçün müəllimləri onlayn təlim və resurslarla təmin edir. Ukraynada davam edən hərbi əməliyyatlar təhsil sisteminə böyük təsir göstərir. Bir çox məktəb müəllimləri köçürülüb, lakin uzaqdan və ya hibrid şəraitdə tədrisi davam etdirmək üçün lazımi alətlər və təlimlərə malik deyillər", - məlumatda deyilir. 
 
Rusiya 2022-ci ilin fevralından Ukraynada hərbi əməliyyatlar keçirməsi barəsində qərar qəbul edib. Müharibə başlayandan Ukraynada bir çox məktəblər dağıdılıb. Minlərlə insan başqa ölkələrə qaçqın kimi üz tutub. Müharibə nəticəsində yüzlərlə uşaq ölüb. Hazırda Rusiya ilə Ukraynada arasındakı münqaişə davam edir. 
 
Gülnar 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol