Qazaxıstan və Çin arasında vizasız rejim noyabrın 10-da qüvvəyə minəcək

Qazaxıstan və Çin arasında vizasız rejim noyabrın 10-da qüvvəyə minəcək.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
XİN bildirir ki, Qazaxıstan ilə Çin hökumətləri arasında 2023-cü il mayın 17-də Sian şəhərində imzalanmış viza tələblərinin qarşılıqlı ləğvinə dair saziş cari il noyabrın 10-da qüvvəyə minəcək.
www.anews.az
























