ÜST Fələstində 171 hücumu sənədləşdirib

Fələstində Ümumdünya Səhiyyə Təşkilatı Fələstin ərazisindəki səhiyyə müəssisələrinə 171 hücumu sənədləşdirib. Bu barədə ÜST-ün açıqladığı məlumatda qeyd olunub.
"Hücumlar nəticəsində 16-sı vəzifə yerinə yetirən tibb işçisi olmaqla 493 nəfər həlak olub”, - məlumatda bildirilir.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 5 mini keçib. Bu barədə Qəzza bölgəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan öncə Qəzza zolağında yaralı fələstinlilərin sayının 14 245 nəfər olduğu bildirilib.

Gülnar
www.anews.az