• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağdakı ermənilərin ordan "çıxmamaq üçün" başqa yolu olmayıb - Miyatoviç

Qarabağdakı ermənilərin ordan "çıxmamaq üçün"  başqa yolu olmayıb -  Miyatoviç
27.10.2023 15:32
Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç Qarabağdan könüllü gedən ermənilərin "getməyə məcbur olduğunu" açıqlayıb. Bu barədə Ermənistanın news.az saytı yazıb. 
 
"Qarabağdan gedən ermənilər Azərbaycanın keçirdiyi lokal antiterror əməliyyatlarını və Laçın dəhlizinin 9 ay "blokada qalmasını" səbəb göstərərək oranı tərk etmək məcburiyyətində qalıb. Bundan sonra iki ölkə arasında barışıq təmin edilməsi əsas hədəflərdən olmalıdır", - o bildirib. 
 
Siyasi məsələlər üzrə ekspert Tural İsmayılov hesab edir ki, Dunya Miyatoviç milyonlarla azərbaycanlının - onların başına gətirilən bəlalarla bağlı heç bir hesabat hazırlamayıb, çıxışa yer verməyib Qarabağ ermənilərinə fokuslanmaq ədalətli davranış deyil. 

"Avropa Şurası Komissarı Dünya Miyatoviçin regiona səfərində hansısa ədalət meyarlarını qoruyacağını onsuz da gözləmək mümkün deyildi. Bu günə qədər Avropa Şurası Komissarı Dünya Miyatoviç azərbaycanlıların hüquqları, azərbaycanlıların Ermənistan tərəfindən başına gətirilən oyunlarla bağlı bir dəfə də olsun hansısa açıqlama verməyib. Onun Bakı səfərində Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüş keçirilmişdi. 20-ci əsrin müxtəlif dövrlərində Ermənistandan deportasiya edilən soydaşlarımız öz problemləri ilə bağlı Dünya Miyatoviçi məlumatlandırmışdı, amma o, Qərbi Azərbaycanda keçirdiyi görüşdə ümumiyyətlə Qərbi azərbaycanlıların problemi ilə bağlı məsələlərə bir dəfə də olsun toxunmur. Bunun yerinə Qarabağda yaşayan ermənilərin könüllü oranı tərk etmələri məsələsini siyasiləşdirməyə çalışır. Əlbəttə ki, bu Dünya Miyatoviç və bu kimi siyasətçilərin timsalında Ermənistana dəstək olduğunu göstərir və xristian təəssübkeşliyindən çıxış edir. Əslində insan haqları və demokratiya hər zaman bu çirkin niyyətləri pərdələmək üçün istifadə edilən maska rolunu oynayıb. Eyni zamanda beynəlxalq ictimaiyyətdə, Azərbaycan diasporasında, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılarda da bir qıcıq yaranır. Eyni zamanda Yunandan, Suriyadan və başqa ölkələrdən Azərbaycan ərazilərinə qanunsuz şəkildə, Azərbaycan sərhədlərini keçmədən daxil olan adamları legitim subyekt kimi dəyərləndirmək özü də insan hüquqlarına yanaşmada necə rəzil səviyyədə olduğunu göstərir”, - ekspert əlavə edib.
 
Azərbaycanda İkinci Qarabağ Müharibəsi 2020-ci ilin sentyabrın 27-də başlayıb. 44 günlük davam edən müharibədə Azərbaycan Ordusunu bir sıra rayonları döyüş şəraitinda azad edib. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Rusiya və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyanat imzalayıb. 
 
Bəyanatın imzalanmasından sonra Ermənistanla Azərbaycan arasında dəfələrlə gərginlik vəziyyəti yaranıb. Qarabağda qalan erməni təxribatçıları Azərbaycan Ordusununa qarşı təxribatlar törədib. 
 
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirilməsi barəsində qərar qəbul edib. Bir gün sonra Qarabağdakı separatçı rejim ağ bayraq qaldıdaraq təslim olub. 
 
Rəsmi Bakı bəyan edib ki, silahı yerə qoyub təslim olan hərbçilər üçün Azərbaycan dəhliz yaradaraq onların Ermənistana keçməsi üçün şərait yaradacaq. 
 
Qondarma rejim sentyabrın 26-da açıqlama verərək bildirib ki, yanvarın 1-dən sepratçı rejim ləğv olunur və Qarabağ əhalisinə reinteqrasiya olması üçün təklifləri təqdim edib. 
 
Aygün Mirakif


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol