Türkiyə Nazirlər Kabineti Qəzzadakı vəziyyəti müzakirə edir
31.10.2023 19:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası başlayıb.
Bu barədə "TRT Haber” məlumat yayıb.
Prezident Külliyesində keçirilən Nazirlər Kabinetinin iclasında Qəzzadakı vəziyyət, bölgəyə humanitar yardımın çatdırılması və girovların azad edilməsi ilə bağlı proses qiymətləndiriləcək.