İsrail və Fələstində ölənlərin sayı açıqlanıb

Qəzzadan həyata keçirilən hücumlarda 1400-dən çox israilli ölüb. Bu barədə İsrail Ordu Sözçüsü açıqlama verib.
"317 əsgər də daxil olmaqla 1400-dən çox israilli ölüb, 5132 nəfər isə yaralanıb. Qəzzada Əl-Qəssam Briqadalarının əlində 240 israilli məhbus var", - sözçü qeyd edib.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 3542-si uşaq və 2187-si qadın olmaqla 8525 fələstinlinin həlak olduğunu, 21643 nəfərin isə yaralandığını bildirib.
Fələstin Jurnalistlər Birliyinin "Facebook” səhifəsində Qəzza zolağında İsrailin hücumları nəticəsində həyatını itirən media mənsublarının sayı 38-ə yüksəldiyini deyib.
Bundan öncə Qəzzada Səhiyyə Nazirliyi Qəzzada ölən fələstinlilərin sayı 7326 nəfərə çatdığını deyib.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlarda 110 fələstinli ölüb, 1900 nəfər yaralanıb.
Ümumdünya Səhiyyə Təşkilatının Fələstin əraziləri üzrə nümayəndəsi Riçard Piperkorn Qəzzada ölənlərin sayı ilə bağlı sualı cavablandırarkən dağıntılar altında hələ də 1000-dən çox naməlum insanın olduğunu deyib.
Bundan əvvəl Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra Qəzza şəhərində keçirdiyi mətbuat konfransında Qəzzada ölən fələstinlilərin sayı 7028 nəfərə çatdığını deyib. Ölənərin 2913-ü uşaq, 1709-u qadın və 397-sinin qoca olduğu bildirilib.
Həmçinin HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 557-ə çatıb. Ölənlərin 8-i azərbaycanəsillidir. Həyatını itirənlərin arasında 1524 nəfər uşaq və 1000 nəfər qadın var. Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Eyni zamanda Qəzzada HƏMAS-ın əlində olan əsir və girovların sayının da 203 nəfər olduğu açıqlanıb. Ölən israilli hərbçilərin sayı isə 306-ya çatıb.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
Aygün Mirakif

www.anews.az