• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail ordusu Qəzza şəhərini mühasirəyə alıb - Baş qərargah rəisi

İsrail ordusu Qəzza şəhərini mühasirəyə alıb - Baş qərargah rəisi
02.11.2023 19:01

İsrail qoşunları Qəzza şəhəri daxilində əməliyyat aparır və onu bir neçə istiqamətdən mühasirəyə alır.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi bildirib.

"Biz müharibədə daha bir mühüm mərhələni keçmişik. Qüvvələr Qəzzanın şimalının mərkəzindədir, Qəzza şəhərində əməliyyat aparır, onu mühasirəyə alır, quru hücumunu dərinləşdirir və nailiyyətlər əldə edir”, - Halevi Hava Qüvvələri bazasından verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, qüvvələr mürəkkəb şəhər ərazisində döyüşür ki, bu, peşəkar döyüş və cəsarət tələb edir.
Baş qərargah rəisi vurğulayıb ki, qoşunlar yaxın məsafədə döyüşür.
"Quru qoşunları dəqiq kəşfiyyat məlumatları, havadan və dənizdən atəşlə müşayiət olunur”, - Halevi əlavə edib.

İsrailin yüksək rütbəli rəsmisi bu müharibənin "acı və çətin bədəli olduğunu” və indiyə qədər quru əməliyyatında 18 əsgərin həlak olduğunu diqqətə çatdırıb.

General onu da qeyd edib ki, İDF-in Qəzza zolağında HAMAS və digər terror qrupları tərəfindən saxlanılan bütün girovları vətənə qaytarmaqla bağlı "öhdəliyi” var.

Halevi bildirib ki, İsrail Hərbi Hava Qüvvələri Qəzzada əhəmiyyətli dərəcədə fəaliyyət göstərir. Lakin o, Qəzzada İsrail Müdafiə Qüvvələrinin gücünün "yarıdan azının” istifadə edildiyini vurğulayıb.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol