Fransada qasırğa - Ölən və yaralananlar var

Fransanın şimal-qərb regionlarını cənginə alan "Kiaran” qasırğası bir nəfərin ölümünə və ən azı 15 nəfərin xəsarət almasına səbəb olub. Yaralılardan birinin vəziyyəti ağırdır.
Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen BFMTV telekanalının efirində deyib.
Noyabrın 1-də Fransanın qərb və şimal-qərbində yerləşən Finister, Kot-d-Armor və Manş departamentlərində fırtına ilə əlaqədar ən yüksək qırmızı, 30 departamentdə isə narıncı təhlükə xəbərdarlığı elan olunub.
www.anews.az
























