• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenski Ukraynada seçkilərin keçirilməsinə qarşı çıxıb

Zelenski Ukraynada seçkilərin keçirilməsinə qarşı çıxıb
06.11.2023 23:43
Ukrayna prezidenti Vladimir Zelenski xalqa videomüraciətində deyib ki, indi ölkədə seçki keçirməyin vaxtı deyil. Videomüraciət dövlət başçısının Telegram kanalında yayımlanıb.

"Biz hamımız başa düşürük ki, indi, müharibə şəraitində, çoxlu çətinliklərin olduğu bir vaxtda, seçki mövzusunu nədənsə qeyri-ciddi, oynaq şəkildə cəmiyyətə atmaq tamamilə məsuliyyətsizlikdir.

Ukrayna liderinin qeyd etdiyi kimi, indi ölkədə seçkilər üçün münasib vaxt deyil. Onun sözlərinə görə, "bu və ya digər siyasi mübahisəyə son qoymaq və yalnız birlik içində işləmək lazımdırsa”, Ukraynada "  ona son qoymağa və cəmiyyətə bütün lazımi cavabları verməyə qadir strukturlar var”.
Zelenski həmçinin qeyd edib ki, cəmiyyəti siyasi olaraq parçalayan "dalğalar” dayanmalıdır. O hesab edir ki, ölkədə hər kəs müdafiə məsələlərinə diqqət yetirməlidir və strukturlara "enerji və səyi başqa heç nəyə sərf etməməyi” tövsiyə edib.

Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bildirmişdi ki, Zelenski 2024-cü il martın 31-də keçiriləcək prezident seçkilərinə hazırlaşmağı tapşırıb .
Gələn il Ukraynada parlament və prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Lakin Ali Radada göstərildiyi kimi, Ukraynanın 2024-cü il büdcəsi layihəsində seçkilərlə bağlı xərclər nəzərdə tutulmayıb. Kiyevdə  onlar dəfələrlə hərbi vəziyyət şəraitində səsvermənin keçirilməsinin əleyhinə olduqlarını qeyd ediblər. Eyni zamanda, oktyabrın əvvəlində Zelenski prezident seçkilərinin hərbi əməliyyatlar bitdikdən sonra keçiriləcəyi təqdirdə ikinci müddətə namizəd olmaq niyyətində olmadığını bəyan edib.
Bundan əvvəl Medvedev Zelenskini "çirkli yaşıl maykalı fiqur” adlandırmışdı .
 
Aytac

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol