• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə PKK-nın rəhbərlərinin biri saxlanılıb

Türkiyədə PKK-nın rəhbərlərinin biri saxlanılıb
07.11.2023 12:35
Türkiyədə keçirilən əməliyyat nəticəsində PKK terror qruplaşmasınn rəhbər şəxslərindən biri Ayşe Arslan zərərsizləşdirilib. Bu barədə "Hurriyet” qəzeti yazıb.
 
Bildirilib ki, əməliyyat İraqın şimalında Hakurk məntəqəsində keçirilib.
 
Kod adı "Tekoşin Cizre” olan Ayşe Arslan 2004-cü ildə terror qruplaşmasına qatılıb.
 
2014-cü ildə PKK-nın Suriyadakı qolu olan YPG/PYD-də fəaliyyət göstərib.
 
Türkiyənin təhlükəsizlik qüvvələrinin PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ terror təşkilatlarına qarşı mübarizəsi ölkə daxilində və sərhədlərdən kənarda qətiyyətlə davam edir. İraq və Suriyanın şimalı da daxil olmaqla, aparılan əməliyyatlar nəticəsində son bir həftədə 87 terrorçu zərərsizləşdirilib. Beləliklə, zərərsizləşdirilən terrorçu sayı bu il 1802-yə, əməliyyatların başladığı 2015-ci il iyulun 24-dən isə 39 min 145-ə çatıb.
 
Suriyadakı əməliyyat bölgəsində isə il ərzində 425 təxribat və hücum cəhdinin qarşısı alınıb, 23-ü son bir həftədə olmaqla, ümumilikdə 1321 terrorçu zərərsizləşdirilib.
 
Aytac Zeynalova
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol