• $
  • €
  • ₽
  • ₺
  • £

Fələstin baş nazirinin müavini Qəzza zolağında öldürülüb

Fələstin baş nazirinin müavini Qəzza zolağında öldürülüb
17.11.2023 16:29
Fələstin Qanunvericilik Şurasının sədr müavini Əhməd Bahar Qəzzada aldığı xəsarətlərdən dünyasını dəyişib. Bu barədə Fələstinin Maan agentliyi məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, Bahar radikal islamçı HƏMAS hərəkatının rəhbərliyinin üzvü olub. Agentlik Fələstin parlamentinin sədr müavininin harada və nə vaxt ölümcül xəsarət alması barədə ətraflı məlumat verməyib.

Bahar siyasi fəaliyyəti ilə yanaşı, Qəzza zolağının İslam Universitetində də dərs deyib.

Noyabrın 16-da İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, ölkə əsgərləri Qəzza zolağının şimalında bütün hərbi infrastrukturu məhv etməyə yaxındır. Onun sözlərinə görə, hazırda İsrail qoşunlarının yalnız "bitirməli bəzi işləri” var.

Bundan əvvəl IDF Fələstin HƏMAS hərəkatının Qəzza zolağının şimalında mütəşəkkil hərbi struktur kimi mövcudluğunu faktiki olaraq dayandırdığını bəyan edib 

İsrail prezidenti İsaak Hersoq HƏMAS-ın komanda mərkəzinin Qəzza zolağının mərkəzi xəstəxanasının altında yerləşdiyini bildirib.
 
Aytac 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol