• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda qasırğa və güclü yağışla bağlı əhaliyə xəbərdarlıq olunub

İstanbulda qasırğa və güclü yağışla bağlı əhaliyə xəbərdarlıq olunub
18.11.2023 23:40
Türkiyənin İstanbul şəhərinin səlahiyyətliləri 19 noyabrda qasırğa və güclü yağışla bağlı əhaliyə xəbərdarlıq ediblər.

Bu barədə şəhərin valisi Davud Gül özünün "X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bazar günü şəhərin şimal və şimal-qərb rayonlarında küləyin sürəti 100 km/s çata bilər.

Öz növbəsində İstanbul meri Əkrəm İmamoğlu qeyd edib ki, əlverişsiz hava şəraitinin yaratdığı fövqəladə vəziyyətlə bağlı şəhər rəhbərliyi lazımi tədbirlər görüb. O qeyd edib ki, gözlənilən qasırğa və güclü yağışla əlaqədar 2 104 xüsusi texnika və 5 045 nəfər hazır vəziyyətə gətirilib.

Sinoptiklərin məlumatına görə, bazar ertəsinə qədər İstanbulda Balkanlardan gələn soyuq cəbhə gözlənilir.
İstanbul hava limanlarında pis hava şəraiti səbəbindən artıq 200-ə yaxın daxili və beynəlxalq reys təxirə salınıb.

Türkiyənin Ankara, İzmir və bəzi digər şəhərlərində hava ilə bağlı narıncı kodu elan edilib. Ölkənin 66 rayonunda hava şəraitinin pisləşəcəyi gözlənilir. Sinoptiklər güclü külək, yağış və daşqınlar barədə xəbərdarlıq edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol