• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən böyük silah şirkətlərinin adları açıqlanıb

Dünyanın ən böyük silah şirkətlərinin adları açıqlanıb
04.12.2023 14:00
2022-ci ildə silah istehsalı ilə ən böyük şirkətlərinin əldə etdiyi gəlir 597 milyard dollar olub. Bu barədə bu gün Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dərc etdirdiyi araşdırmada bildirilib.
 
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və dünyadakı geosiyasi gərginliyə baxmayaraq ötən il silah satışı 2021-ci illə müqayisədə 3,5% azalıb.
 
Hesabatda qeyd olunub ki, mütəxəssislər azalmanın səbəbini işçi qüvvəsi çatışmazlığı, artan xərclər ilə əlaqələndirirlər. 
 
SIPRI-nin hərbi xərclər və silah istehsalı proqramının direktoru Lusi Beraud-Sudreau vurğulayıb ki, bir çox silah şirkətləri müharibə şəraitində yaranan tələbi ödəməkdə çətinlik çəkdilər. Buna baxmayaraq, o, sifarişlərin 2023-cü il və sonrakı illərdə şirkətlərin qazancına müsbət təsir edəcəyini gözləyir.
 
Amerika Birləşmiş Ştatlarının (ABŞ) 40 silah şirkətinin gəlirləri 7,9% azalaraq 302 milyard dollara enib. Avropanın 26 silah istehsalçısının gəlirləri 0,9% artaraq 121 milyard dollara çatıb.


Həmçinin Rusiyanın iki ən böyük  silah istehsalçısı olan  "Rostex" və Birləşmiş Gəmiqayırma Korporasiyası (USC)  uyğun olaraq 16,8 milyard və 3,95 milyard dollar gəlir əldə edərək  10-cu və 36-cı yerləri tutublar. 
 
SIPRI bildirir ki, Rusiya şirkətlərinin gəlirləri təxmini hesablanıb. .  "Rostex"in silah satışından əldə etdiyi gəlirlər əsasən "yüksək inflyasiya” səbəbindən 9,9% azalıb, nominal ifadədə isə artıb.
 
Ukrayna şirkətləri arasında SIPRI siyahısına yalnız biri  - "Ukroboronprom" daxil edilib. Onun gəlirləri 10% azalaraq 1,3 milyard dollara düşüb.
 
Reytinqdə qeyd olunan Asiya və Okeaniyadan olan 22 şirkətin silah istehsalından əldə etdiyi gəlir 3,1 faiz artaraq 2022-ci ildə 134 milyard dollara çatıb.
 
Ardıcıl ikinci ildir ki, Asiya və Okeaniya şirkətləri gəlirlərinə  top yüzlüyə qalxaraq Avropa ölkələrinə çatıb. 

"Bayraktar TB-2" pilotsuz uçuş aparatlarını istehsal edən Türkiyənin "Baykar" şirkətinin satışı  94%  artıb və ilk dəfə top yüzlüyə düşə bilib.  Bu, reytinqdə ən yüksək dinamikadır.
 
Cənubi Koreya şirkətləri Polşa və Birləşmiş Ərəb Əmirlikləri ilə böyük silah müqavilələri imzaladıqdan sonra sifarişlərin artması səbəbindən gələcək illərdə artan gəlirlərinin bir az da yüksələcəyini proqnozlaşdırırlar. 
 
Reytinq cədvəlində səkkiz Çin şirkəti yer alıb. Onların gəlirləri 2,7% artaraq 108 milyard dollara çatıb. Çinin 18%-lik  ümumi gəlir ilə ikinci yerə çıxıb. Böyük Britaniyanın gəlirləri isə ,6% artıraraq 41,8 milyard dollara çatıb. 
 
SIPRI Silah Sənayesi üzrə bazası 1989-cu ildə yaradılıb. Cari versiya 2002-2022-ci illər üçün məlumatları, o cümlədən Rusiyadakı şirkətlər üçün məlumatları ehtiva edir. Çin şirkətləri 2015-ci ildən bura daxil edilib. 

Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol