• $
  • €
  • ₽
  • ₺
  • £

Silahlı şəxs Simferopol aeroportunu ələ keçirib

Silahlı şəxs Simferopol aeroportunu ələ keçirib
28.02.2014 09:00
 Fərqləndirici nişanları olmayan hərbi geyimdə olan bir qrup silahlı şəxs fevralın 27-dən 28-nə keçən gecə Krımda “Simferopol” aeroportunu ələ keçirib.Hadisə şahidlərinin “İnterfaks-Ukrayna”ya bildirdiyinə görə, aeroporta hücum edən 50-dək şəxs fevralın 27-də Krım parlamentinin və hökumətinin binalarını ələ keçirən şəxslər kimi silahlı və hərbi geyimli  olublar. Məlumata görə, silahlı şəxslər aeroporta dövlət nömrə nişanları və hər hansı fərqləndirici nişanları olmayan üç “KamAZ” markalı yük avtomobilində gəlib. Əvvəlcə silahlı dəstə daxili reyslər terminalını ələ keçirib, sonra isə daha irəli hərəkət edib. Qeyd edək ki, hadisədən bir neçə saat sonra “Simferopol” aeroportunun rəsmi nümayəndəsi İqor Stratilati “Exo Moskva” radiosuna açıqlamasında silahlı şəxslərin aeroportu tərk etdiyini bildirib.    Onun sözlərinə görə, əllərində Rusiya dövlət bayraqları olan 50-dək silahlı şəxs aeroporta hücum edib. “Onlar aeroporta Ukrayna desantının gəldiyini düşünərək hücum etdilər, lakin burada desantın olmadığında əmin olduqdan sonra üzr istəyərək aeroportu tərk etdilər”, deyə Stratilati bildirib.    O əlavə edib ki, aeroport hazırda adi rejimdə işini davam etdirir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol