Krım Muxtar Respublikası Ukraynadan ayrılır?

Naməlum silahlı qrupun nəzarətində olan Krım parlamenti bu il mayın 25-də muxtar respublikanın statusu haqqında referendum keçirilməsi haqda qərar qəbul edib.APA-nın “RBK Ukraina” saytına istinadən verdiyi məlumata görə, parlament Anatoli Mogilyovun rəhbərlik etdiyi Nazirlər Kabinetini istefaya göndərib. Ukrayna Mərkəzi Seçki Komissiyası isə Krımda referendum keçirilməsinin qanunsuz olduğunu açıqlayıb.
ANN.Az
























