Yaponiyada baş verən zəlzələ nəticəsində 24 nəfər ölüb.
Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Təcili yardım xidmətlərinin məlumatına görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İşikavada vəziyyət ən ağırdır. Orada 200-dən çox ev yanıb, 50-dən çox bina uçub.
Yaponiyanın İşikava prefekturusanın sahilində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb. Səlahiyyətli qurumlar İşikava ilə yanaşı, Niiqata, Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarında da sunami xəbərdarlığı elan edilib.
www.anews.az