• $
  • €
  • ₽
  • ₺
  • £

Arseni Yasenyuk Ukraynanın baş naziri seçilib

Arseni Yasenyuk Ukraynanın baş naziri seçilib
27.02.2014 18:35
Ukrayna Ali Radasında yaradılan “Avropa seçimi” koalisiya çoxluğu baş nazir vəzifəsinə “Batkivşina” fraksiyasının lideri Arseni Ysenyukun namizədliyini irəli sürüb. APA-nın “Urainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Arseni Petroviç Yasenyuk 371 deputatın səsi ilə baş nazir vəzifəsinə təsdiqlənib. A.Yasenyuk deputatlar qarşısında çıxış edib. O, 1994-cü ildə imzalanmış Budapeşt Memorandumunun tərəflərini (ABŞ, Britaniya, Rusiya) Ukraynanın ərazi bütövlüyünə təminat verməyə çağırıb. A. Yasenyuk bildirib ki, Krım Ukrayna ərazisi olub və olacaq: “Hazırda siyasi maraqlarla əlaqədar Ukraynanın ərazi bütövlüyünə iddia irəli sürmək cəhdləri var. Bəyan edirəm ki, Ukrayna öz ərazi bütövlüyünü qorumaq üçün bütün legitim və Konstitusion vasitələrdən istifadə edəcək”.   A. Yasenyuk çıxışında ölkədə yaranmış ağır sosial-iqtisadi durumun üzərində xüsusi dayanıb. O bildirib ki, Yanukoviç-Azarov hakimiyyəti offşor zonalar vasitəsilə ölkədən 70 milyard dollar çıxarıb, dövlət borcu 75 milyard dollara çatıb, xəzinə talan edilib və boşdur: “20 milyard dollardan çox qızıl-valyuta ehtiyatı talanıb, alınan 37 milyard dollar kredit naməlum istiqamətdə yoxa çıxıb. Vahid xəzinə hesabında 4,3 milyon qrivna qalıb ki, bu məbləğ heç nəyə çatmaz. Biz inanılmaz iqtisadi təhlükələr qarşısında qalmışıq. Mən Ukrayna xalqı qarşısında səmimi olmaq istəyirəm: Bu vəziyyətdən çıxmaq və ölkənin maliyyə sistemini qoruyub saxlamaq üçün subsidiyalar, tariflərlə bağlı həddən artıq qeyri-populyar qərarlar qəbul etmək və sosial proqramların ixtisar etmək məcburiyyətindəyik. Bizim hazırda sosial güzəştlər və subsidiyaları ödəmək imkanımız yoxdur. Mən nə bu gün nə də sabah yaxşılaşma vəd etmirəm”. A. Yasenyuk hesab edir ki, təcili şəkildə beynəlxalq valyuta qurumları ilə danışıqları bərpa etmək lazımdır. Onun sözlərinə görə, maliyyə sistemini sabitləşdirmək üçün imkanlar var. Baş nazir hökumətin proqramında 1 saylı vəzifənin Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması olduğunu açıqlayıb: “Əgər AB sazişi imzalamağa hazırdırsa, biz də hazırıq”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol