• $
  • €
  • ₽
  • ₺
  • £

İranda törədilən terror aktında şübhəli bilinən şəxslər saxlanılıb

İranda törədilən terror aktında şübhəli bilinən şəxslər saxlanılıb
05.01.2024 18:56
İrandakı terror partlayışları ilə əlaqəli bir neçə nəfər həbs edilib.

Bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.

"Ən azı 89 nəfərin ölümünə və çoxlu sayda insanın yaralanmasına səbəb olan Kerman terror aktları ilə əlaqəli bir neçə nəfər həbs olunub”, - deyə nazir qeyd edib.

O bildirib ki, ölənlərin 54-ü qadın, 34-ü isə kişidir. Onlardan 12-si əfqan mühacirdir. 10 nəfər 10 yaşa qədər, 30 nəfər isə 18 yaşdan aşağıdır.
Nazir hər iki terrorçunun intihar əməliyyatları həyata keçirdiyini və onların cəsədlərinin hissələrinin hadisə yerində tapıldığını bildirib.
Vəhidi əlavə edib ki, həbslərin təfərrüatları kəşfiyyat xidmətləri tərəfindən veriləcək.

Yanvarın 3-də Kermanda Qasım Süleymaninin ölümünün dördüncü ildönümü ilə bağlı keçirilən yürüşdə törədilən iki partlayış azı 89 nəfərin ölümünə, çoxlu sayda insanın yaralanmasına səbəb olub. Yaralıların bəzilərinin vəziyyəti ağırdır.
İŞİD partlayışlara görə məsuliyyəti üzərinə götürüb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol