Rusiya bir sıra Kipr rəsmilərinin ölkəyə girişini qadağan edib
18.01.2024 21:16
Rusiya bir sıra Kipr rəsmilərinin ölkəyə girişini qadağan edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Rusiyalı jurnalistə və Rusiya səfirliyinin əməkdaşına qarşı qəbuledilməz hərəkətlərə cavab olaraq rəsmi Moskva bir sıra Kipr rəsmilərinin ölkəyə girişini qadağan edib.