• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistan İranla gərginliyin bitdiyini açıqlayıb

Pakistan İranla gərginliyin bitdiyini açıqlayıb
19.01.2024 20:24
Pakistan xarici işlər naziri Cəlil Abbas Cilani bu gün İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə danışıb.

Bu barədə Pakistan XİN-in yaydığı məlumatda deyilir.

Pakistanın İranla qarşılıqlı etimad və əməkdaşlıq ruhu əsasında işləmək arzusu ifadə edilib.
Pakistan xarici işlər naziri vurğulayıb ki, ərazi bütövlüyünə və suverenliyinə hörmət bu əməkdaşlığın əsasını təşkil etməlidir.
İki xarici işlər nazirləri terrorizmlə mübarizə və qarşılıqlı maraq doğuran digər aspektlər üzrə işçi səviyyəli əməkdaşlığın və sıx koordinasiyanın gücləndirilməsi ilə bağlı razılığa gəliblər. Onlar, həmçinin, vəziyyətin gərginliyini azaltmağa razılaşıblar.

İki ölkənin səfirlərinin öz paytaxtlarına qayıtması məsələsi də müzakirə olunub.
16 yanvarda İran Pakistanda müəyyən mövqelərə raket zərbələri endirib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb. Bunun ardınca Pakistan hökuməti İrandakı səfirini geri çağırıb və İran səfirindən Pakistana səfər etməməsini istəyib. İki ölkə arasında bütün tədbirlərin keçirilməsi dayandırılıb.

17 yanvarda Pakistan İrana müəyyən mövqelərə hücum edib. Nəticədə 10 nəfər həlak olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol