• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı rouminqi ləğv etmək istəyir

Avropa İttifaqı rouminqi ləğv etmək istəyir
26.02.2014 12:41
Avropanın qanunvericilik orqanları 2015-ci ilədək rouminq rabitə xidməti üçün əlavə ödənişi ləğv etməyi planlaşdırır. Bunun sayəsində istifadəçilər rabitə xidmətləri üçün əlavə ödəniş etmədən Avropa ölkələri üzrə səyahət etmək imkanı əldə edəcəklər. Bundan başqa, operatorlara internet bağlantısının sürətini məhdudlaşdırmaq qadağan ediləcək.Rouminqin ləğv edilməsi ilə bağlı planları Avropa İttifaqının rəqəmli inkişaf məsələləri üzrə komissarı Nelli Kroes açıqlayaraq rouminqin sadə insanlara mane olması ilə yanaşı, şirkətlər üçün sərfəli olmamasını bildirib. O, fikrini insanların sadəcə olaraq bahalı rabitə xidmətlərindən imtina etməsi ilə əsaslandırıb. “Bu, iqtisadi ağılsızlıqdır”, - deyə Aİ təmsilçisi qeyd edib.“Eurobarometr” şirkətinin ictimai fikrin öyrənilməsi üçün keçirdiyi sorğudan məlum olub ki, avropalıların 47 faizi Aİ ölkələri üzrə səyahət edən zaman mobil interneti söndürür, yalnız on nəfərdən biri elektron poçtdan adi rejimdə istifadə etməkdə davam edir, dörddə bir hissəsi isə sadəcə telefonlarını şəbəkədən ayırır.  Avropa parlamenti N.Kroesin ideyasına dəstək nümayiş etdirib. Belə ki, Aİ komissarı rouminqin 2017-ci ildə ləğvini təklif edirdisə, Avropa parlamenti daha operativ tədbirlər təklif edib. “15 dekabr 2015-ci il tarixindən etibarən rouminq xidməti provayderlərinə Avropa İttifaqına üzv ölkələrin ərazisində istənilən rabitə növü üçün əlavə ödənişin tətbiqi qadağan edilir”, - rəsmi sənədlərdə deyilir.Həmçinin nəzərdə tutulur ki, operatorlar ümumilikdə internetə çıxışı azaltmaqla servislərə maksimal sürətdə çıxışı təmin etmək üçün müxtəlif internet şirkətləri ilə saziş imzalaya bilərlər. “Operatorlar müəyyən servislərə sürətli çıxışı təmin etməklə ümumilikdə bağlantının sürətinin azalmasına səbəb olmamasını izləməlidirlər”, - qanunverici orqanların tələblərində vurğulanır.  Qanun layihəsinin Avropa parlamentinin üzvləri və 28 ölkənin milli hökuməti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcəyi gözlənilir. Bununla belə, ekspertlər qanun layihəsinin həyata keçirilməsi imkanlarını yüksək qiymətləndirirlər.//İcnews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol