Ermənistan aviaşirkəti Rusiyaya uçuşları dayandırdı

Ermənistanın "Fly Arna” aviadaşıyıcısı Rusiyaya uçuşları dayandırıb.
Bu barədə aviaşirkət məlumat yayıb.
"Fly Arna” aviaşirkətinin uçuşları davam edən əməliyyat dəyişiklikləri səbəbindən hazırda dayandırılıb. Aviaşirkət sərnişinlərinə xidmətləri mümkün qədər tez bərpa etməyə çalışır”, - məlumatda qeyd olunub.
www.anews.az
























