• $
  • €
  • ₽
  • ₺
  • £

Nigeriyada 88,4 mln insan yoxsulluq içində yaşayır

Nigeriyada 88,4 mln insan yoxsulluq içində yaşayır
08.02.2024 12:46
Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada 88,4 milyon insan yoxsulluq içində yaşayır. Bu barədə Ntv xəbər verib.
 
Nigeriya Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin daimi katibi Temitope Fadeşemi açıqlamasında ölkədə yoxsulluq səviyyəsinin həyəcan verici olduğunu vurğulayıb.

Fadeşemi 2022-ci ilə qədər həddindən artıq yoxsulluq içində olan dünya əhalisinin 12,9% Nigeriyada olduğunu qeyd edib.

O, hökumətin fermerlərlə əməkdaşlıq çərçivəsində müxtəlif proqramlar təşkil etdiyini bildirib.

"Afrika qitəsinin zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan Nigeriyada gəlir bərabərsizliyi, Boko Haram və silahlı dəstə üzvlərinin hücumları kimi problemlər ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Ölkələrində iqtisadi böhran və təhlükəsizlik problemləri səbəbiylə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya çatmağa çalışırlar", - xəbərdə qeyd olunub.
 
Aygün 
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol