Özbəkistanın səfiri Rusiya XİN-ə çağırılıb

Özbəkistanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Buna səbəb Özbəkistan Milli Media Assosiasiyasının sədri Şerzodxan Kudratxojanın bəyanatları olub.
"Moskva əmindir ki, daxildən və ya xaricdən Rusiya Federasiyası və Özbəkistan xalqları arasında çəkişmə cəhdləri uğursuzluğa məhkumdur. Rusiya Federasiyası gözləyir ki, Özbəkistan Xarici İşlər Nazirliyi Kudratxojanın bəyanatlarına prinsipial qiymət verən rəsmi şərh təqdim edəcək”, - məlumatda deyilir.
www.anews.az
























